Saytımızı qiymətləndirin


 
 

Hakan Fidan: Türkiyənin Avropa İttifaqına tam üzvlüyü strateji hədəfimizdir
Tarix: 01-07-2026 | Saat: 16:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Hakan Fidan to represent Türkiye at Gaza Board of Peace

Avropa İttifaqı ilə münasibətlərin inkişafı üçün problemləri sistemli şəkildə aradan qaldıracağıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Qırğızıstanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin Avropa İttifaqına tam üzvlüyü strateji hədəfdir.

Nazir vurğulayıb ki. Türkiyə hökumətinin bütün qurumları Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində koordinasiyalı fəaliyyət göstərir.

Hakan Fidan qeyd edib ki, Xarici İşlər Nazirliyi Aİ ilə əlaqələrin koordinasiyasına cavabdeh qurum kimi həm tam üzvlük prosesinin, həm də mövcud əməkdaşlıq mexanizmlərinin daha da irəli aparılması üçün işlərini davam etdirir.

Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlərin əksəriyyəti ilə Türkiyənin ikitərəfli siyasi, iqtisadi və ticarət münasibətlərində ciddi problem yoxdur: “Gözləntimiz odur ki, bu istiqamətdə vahid yanaşma formalaşsın. Biz də Avropa İttifaqı ilə əlaqələrin koordinasiyasına cavabdeh nazirlik olaraq həm üzvlük prosesini, həm də davam edən münasibətləri yaxşı şəkildə irəli aparmaq üzərində çalışırıq”.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər