Saytımızı qiymətləndirin


 
 

Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Tarix: 25-06-2026 | Saat: 19:27
Bölmə:Karusel / Region | çapa göndər

“Çiçəklənən Ermənistan” Partiyasının lideri, tanınmış iş adamı Qaqik Tsarukyan

 

Ermənistan Baş Prokurorluğu “Çiçəklənən Ermənistan” Partiyasının lideri, tanınmış iş adamı Qaqik Tsarukyan barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bu barədə “NEWS.am” Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qurumun sözçüsü Arevik Xaçatryanın sözlərinə görə, prokurorluq Tsarukyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı icazə almaq üçün rəsmi vəsatət təqdim edib.

Məlumata görə, təşəbbüs maliyyə pozuntuları və qanunsuz özəlləşdirmə ilə bağlı aparılan araşdırmalar çərçivəsində irəli sürülüb. Bununla belə, Baş Prokurorluq söhbətin konkret hansı cinayət işi və ya icraatdan getdiyini açıqlamayıb.

Qaqik Tsarukyan deputat toxunulmazlığına malik olduğundan, onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yekun qərar Mərkəzi Seçki Komissiyasının razılığından sonra mümkün olacaq.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər