Saytımızı qiymətləndirin


 
 

Pezeşkian:"Heç bir təhdid qarşısında geri çəkilməyəcəyik"
Tarix: 08-06-2026 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər

 

İran Prezidenti Məsud Pezeşkian silahlı qüvvələr və onun administrasiyasının İran xalqının hüquqlarını bütün gücü ilə müdafiə edəcəyini bildirib.

Qarabaginfo.az bildirir ki, bu barədə X sosial şəbəkəsində yazıb: “Heç bir təhdid qarşısında geri çəkilməyəcəyik”.

Prezident Pezeşkian ölkənin əsas prioritetlərinin milli təhlükəsizlik və vətəndaşların dincliyi olduğunu qeyd edib. “Xalqın hüquqlarını ən yüksək səylə müdafiə edəcəyik və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik”, – deyə dövlət başçısı bildirib.

O, diplomatiya və müdafiənin milli gücün iki qanadı olduğunu vurğulayıb. “Biz nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etməmişik. Ümid edirik ki, birlik və rasional yanaşma ilə İran bu sınaqdan qürurla çıxacaq”.

İran prezidenti bir daha bildirib ki, İran vətəndaşları üçün milli təhlükəsizliyin və sülhün təmin edilməsi hökumətin əsas vəzifəsidir və ölkə xarici təzyiqə boyun əymədən öz hüquqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər