Tarix: 27-01-2021 | Saat: 21:22
Bölmə:Karusel / Siyasət | çapa göndər
Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu Academy istedadlı gəncləri daha da həvəsləndirmək üçün birgə layihəyə start verir.
Qarabaginfo.az xəbər verir ki, layihə çərçivəsində bakalavriatura səviyyəsində təhsil alan tələbələr təqaüd qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, bir neçə gün öncə ölkə başçısı məşhur həmyerlimiz, dünya elminin fəaliyyət istiqamətini dəyişən professor Lütfi Zadənin 100 illik yubileyi ilə bağlı sərəncam imzalayıb.
Layihənin təşkilat komitəsi bir müddət öncə qələbəmiz, torpaqlarımızın azad olunması ilə başa çatan Vətən Müharibəsində, eləcə də I Qarabağ Müharibəsində şəhid və qazi olan şəxslərin tələbə övladlarına adlı təqaüdün verilməsinin məntiqəuyğun olduğunu düşünür.
Bu məqsədlə də yalnız aşağıdakı şərtlərə cavab verən tələbələr Lütfi Zadə təqaüdünə layiq görüləcəklər. Təqaüdün miqdarı 100 AZN, müddəti isə 1 ildir.
ŞƏRTLƏR:
-Valideyni I Qarabağ Müharibəsi və Vətən Müharibəsində şəhid-qazi olan, həmçinin, sosial təminatı aşağı səviyyədə olan tələbələr;
-Yuxarıdakı meyara cavab verməklə kompüter mühəndisliyi, dəqiq elmlər, IKT sahəsi ilə bağlı ixtisaslarda oxuyan tələbələr.
Layihənin məqsədi dünya elmi, eləcə də bəşəri məntiq və fikir sistemində inqilabi dəyişiklik edən, süni intellekt, qeyri-səlis məntiq nəzəriyyələri ilə minillik mütləq yanaşmanı aradan qaldıran böyük alim, həmyerlimiz Lütfi Zadənin xatirəsini yaşatmaqdır.
Qeyd edək ki, bu şərtlərə cavab verəcək ilk iki tələbənin adı Lütfi Zadənin 100 illik yubiley yaşının tamam olacağı 4 fevral tarixində açıqlanacaq. (Modern.az)
Digər xəbərlər