Tarix: 20-05-2026 | Saat: 11:17
Bölmə:Karusel / Dünya | çapa göndər
"OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) kimi beynəlxalq təşkilatlar şəhər səviyyəsində həyata keçirilən proseslərin sistemləşdirilməsi və onların idarə olunması üçün institusional çərçivələrin formalaşdırılması istiqamətində mühüm işlər görür".
Qarabaginfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Təbiətə Müsbət Şəhərlərin Qurulması: Mənzil Dayanıqlılığı və Dayanıqlı Şəhər Gələcəyi” adlı sessiyada Dayanıqlılıq üçün Yerli Hökumətlər Təşkilatının ICLEI Avropa üzrə regional direktoru Matthew Bach deyib.
O bildirib ki, ICLEI, Eurocities, C40 Cities Climate Leadership Group və digər beynəlxalq şəbəkələr müxtəlif idarəetmə səviyyələri arasında əlaqələndirici körpü rolunu oynayaraq daha səmərəli nəticələrin əldə olunmasına töhfə verir.
Onun sözlərinə görə, bu əməkdaşlıq platformaları şəhərlərin ehtiyaclarına uyğun çərçivələrin formalaşdırılmasına, çoxtərəfli dialoq və əməkdaşlığın gücləndirilməsinə imkan yaradır:
“Nəticə etibarilə hamımız eyni məqsədə - yaşayış üçün daha yaxşı şəhərlərin inkişafına xidmət edirik”, – deyə o qeyd edib.
Digər xəbərlər



















