Tarix: 19-05-2026 | Saat: 11:34
Bölmə:Karusel / Region | çapa göndər
Bu ilin yanvar-aprel aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 8,4% artaraq 451,2 milyon ABŞ dolları təşkil edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
İlk dörd ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,5% payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beçinci yeri tutub.
Gürcüstandan Azərbaycana ixracın dəyəri 211,3 milyon ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 1,8% azdır. Azərbaycan Gürcüstanın ixracında 8,7% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları sırasında Qırğızıstan və Çindən sonra üçüncü olub.
Gürcüstanın Azərbaycandan tədarük etdiyi məhsulların dəyəri isə illik müqayisədə 18,7% artaraq 239,8 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 4,2% payla Gürcüstanın əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstanın xarici ticarətinin ümumi həcmi 8,13 milyard ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,7% çoxdur. İxracın dəyəri 2,44 milyard ABŞ dolları, idxalın dəyəri isə 5,69 milyard ABŞ dolları təşkil edib.
Digər xəbərlər



















