Tarix: 13-05-2026 | Saat: 08:04
Bölmə:Karusel / Dünya | çapa göndər
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Avropa İttifaqını vahid ordu yaratmağa çağırıb.
O, “Politico”ya müsahibəsində bildirib ki, ABŞ-ın Yaxın Şərq münaqişəsinə daha çox cəlb olunması Avropanın öz suverenliyini nümayiş etdirməsi üçün ən uyğun məqamdır.
“Biz asılılıqdan azad olmalıyıq. Bizə vahid ordu və ümumi müdafiə potensialı lazımdır”, – deyə Albares vurğulayıb.
Nazir qeyd edib ki, Avropa ordusunun yaradılması NATO-dan imtina demək deyil. Bununla belə, onun sözlərinə görə, alyans əvvəlki təhlükəsizlik zəmanətlərini təmin etmirsə, Avropa öz müdafiəsi üçün daha çox məsuliyyət götürməlidir.
“Əgər NATO artıq əvvəlki təhlükəsizliyi təmin etmirsə, o zaman biz – avropalılar daha çox iş görməliyik”, – deyə İspaniya XİN rəhbəri bildirib.
Digər xəbərlər



















