Saytımızı qiymətləndirin


 
 

Türkiyə daha ixracda Ermənistanı alıcı ölkə kimi göstərəcək
Tarix: 12-05-2026 | Saat: 15:30
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi

Türkiyə bundan sonra mallarını ixrac edərkən Ermənistanı da alıcı ölkə kimi göstərəcək.

Qarabaginfo.az bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 12-də jurnalistlərlə söhbətində açıqlayıb.

O, xarici işlər naziri Ararat Mirzoyanın “türklərlə açılım” açıqlamasına münasibət bildirib.

Paşinyan izah edib ki, bu, Türkiyənin Ermənistana birbaşa məhsul tədarükünə başlayacağı anlamına gəlmir; bu, sadəcə Ermənistanın alıcı ölkə kimi göstərilməsinə aiddir.

O qeyd edib ki, məhsul başqa bir ölkədən alınıb üçüncü ölkəyə ixrac edildikdə, malların sonda göndərildiyi ölkə göstərilməlidir.

Paşinyan əlavə edib ki, əvvəllər Türkiyə qanunvericiliyinə əsasən, Ermənistan son alıcı kimi göstərilmirdi. Üçüncü ölkə idxalçı ölkə kimi təyin olunurdu və həmin üçüncü ölkədən mallar Ermənistana göndərilirdi.



Xəbəri paylaş

77 dəfə oxunub.

Digər xəbərlər