Saytımızı qiymətləndirin


 
 

Aİ lideri: Prezident İlham Əliyevin çıxış etdiyi İrəvan Zirvə toplantısı Qafqazda həmişə sülh sammiti kimi xatırlanacaq
Tarix: 04-05-2026 | Saat: 22:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta

 

Avropa Siyasi Birliyinin bugünkü Zirvə toplantısı həqiqətən tarixi idi.

Qarab aginfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti çərçivəsində mətbuat konfransında deyib.

O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə videobağlantı formatında iştirak etməsini yüksək qiymətləndirib.

Aİ liderinin sözlərinə görə, İrəvanda keçirilən və Prezident İlham Əliyevin çıxış etdiyi bu sammit Qafqazda həmişə sülh sammiti kimi xatırlanacaq.

Koşta bu irəliləyişin cəsur siyasi qərarlar və səbrli diplomatik səylər nəticəsində ərsəyə gəldiyini deyib.

“Bu zirvə görüşü Qafqazda sülh sammiti kimi yadda qalacaq və buna cəsarətli siyasi qərarlar və səbrli diplomatik səylər səbəb olub. Bu, eskalasiyaların və müharibələrin üstünlük təşkil etdiyi bir dünyada tarixi bir hadisədir. Bunu qeyd etmək lazımdır!”, - Aİ lideri vurğulayıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər