Tarix: 25-04-2026 | Saat: 13:42
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avropa İttifaqı liderləri Kiprdə keçirilən qeyri-rəsmi sammit çərçivəsində NATO-nun iştirakı olmadan mümkün hərbi cavab mexanizmlərini ilk dəfə geniş şəkildə müzakirə ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransında bildirib.
Müzakirələr Aİ-nin kollektiv müdafiə maddəsi – Lissabon müqaviləsinin 42.7-ci maddəsi əsasında aparılıb.
Onun sözlərinə görə, bu maddə üzv dövlətlərdən birinə qarşı aqressiya olacağı təqdirdə digər ölkələrin ona dəstək göstərməsini nəzərdə tutur, lakin konkret olaraq hansı mexanizmlərin işə düşəcəyi və kimlərin hansı rolu oynayacağı tam müəyyənləşdirilməyib.
Fon der Lyayen qeyd edib ki, bu boşluğun aradan qaldırılması üçün Aİ daxilində praktiki mexanizmlərin hazırlanması istiqamətində işlər intensivləşdirilir.
Müzakirələrdə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas və müdafiə üzrə komissar Andryus Kubilyus da iştirak ediblər.
Digər xəbərlər


















