Tarix: 23-04-2026 | Saat: 10:31
Bölmə:Karusel / Sosial / Cəmiyyət | çapa göndər
2025-ci il ərzində 296, 2026-cı ilin 3 ayı ərzində isə valideyn himayəsindən məhrum olmuş 61 uşaq sosial xidmət müəssisələrinə və sığınacaqlara yerləşdirilib.
Qeyd edilib ki, həmin uşaqların ailə qayğısı ilə əhatə olunması, reinteqrasiyası, həmçinin övladlığa və himayədar ailələrə verilməsi istiqamətində mütəmadi və məqsədyönlü işlər aparılır.
Əlavə olaraq bildirilib ki, qeyd olunan dövrdə əcnəbilər tərəfindən övladlığagötürmə faktı olmayıb.
“2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan övladlığagötürmə mexanizmi uşaqların ailə mühitinə adaptasiyasına, onların sosial və emosional ehtiyaclarının qarşılanmasına, təhlükəsiz və stabil mühitdə böyüməsinə şərait yaradır. Bu dövr ərzində ümumilikdə 865 uşaq övladlığa verilib.
Ötən dövrdə valideynin zərərli vərdişlərinin olması, uşağa qayğı göstərməkdən imtina etməsi və ya bunu təmin etmək imkanının olmaması, valideynin cəzaçəkmə müəssisəsində olması, tüfeyli həyat tərzi sürməsi və digər səbəblər uşaqların dövlət himayəsinə götürülməsinə zərurət yaradıb”, - deyə rəsmi məlumatda vurğulanıb.
Digər xəbərlər

















