Saytımızı qiymətləndirin


 
 

“2 ildən sonra Tramp olmayacaq, necə olacaq? Donbasdan çıxa bilmərik” –ZELENSKİ
Tarix: 21-04-2026 | Saat: 12:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

“Ordunun Donbasdan çıxarılması Ukrayna üçün strateji itki olacaq, bu, bir nömrəli təhlükəsizlik məsələsidir“.

Qarabaginfo.az bildirir ki, bu barədə Ukrayna prezidenti Zelenski telejurnalist Oksana Sokolova ilə müsahibəsində deyib.

Onun sözlərinə görə, Donbasda istehkamlar və müdafiə xətləri tikilib: “Ona görə də Ukrayna Donbasdan çıxsa, şübhəsiz ki, daha zəif olacaq, çünki urbanizasiya olunmuş  zona hələ də açıq sahələrdə tikilən istənilən xətdən daha güclüdür”.

Zelenski deyib ki, mövcud məsələ daha müdafiə edilə bilən şəhərləşmiş zona və hələ də orada yaşayan 200.000 insandır. O hesab edir ki, belə bir addım Ukraynanın bir addım geri çəkilməsi və ordunun əhval-ruhiyyəsini zəiflətməsi deməkdir.

“Onlar Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verirlər? Təmas xəttində tərəfdaş yoxdursa, onda ruslar bir müddət sonra yenidən hücuma başlamazlarmı? Niyə yox? Sadəcə başa düşmürəm niyə? Heç bir səbəb görmürəm. Onları nə saxlayacaq? Nə? Məsələn, ABŞ deyir ki, Prezident Tramp. Prezident Tramp – iki il yarımdan sonra olmayacaq. Bəs sonra nə edəcəyik?” deyə Zelenski vurğulayıb.



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər