Tarix: 21-04-2026 | Saat: 10:23
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı həyata keçirilən “Midnight Hammer” əməliyyatının nəticələri ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Qarabaginfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
Tramp bildirib ki, əməliyyat İranın “nüvə tozu” adlandırdığı obyektlərin tamamilə məhv edilməsi ilə nəticələnib.
Onun sözlərinə görə, bu səbəbdən həmin materialların çıxarılması uzun və çətin proses olacaq.
Eyni zamanda, o, ABŞ mediasını, xüsusilə CNN kanalını tənqid edib. Tramp media qurumlarını hərbi pilotların əməyini qiymətləndirməməkdə və məlumatları təhrif etməkdə ittiham edib.
“Midnight Hammer” əməliyyatı İranın nüvə obyektlərinin tam və bütöv şəkildə məhv edilməsi idi. Buna görə də onu qazıb çıxarmaq uzun və çətin proses olacaq. Saxta xəbər yayan CNN və digər korrupsiyalaşmış media şəbəkələri bizim peşəkar pilotlarımıza layiq olduqları qiyməti vermir – həmişə onları gözdən salmağa çalışırlar!”, - o qeyd edib.
Qeyd edək ki, “Midnight Hammer” əməliyyatı zamanı ötən ilin 21-22 iyun tarixlərində ABŞ İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələr endirib.
Digər xəbərlər

















