Saytımızı qiymətləndirin


 
 

ABŞ fond bazarları Yaxın Şərqdə gərginliyin azalması fonunda yüksəlib
Tarix: 14-04-2026 | Saat: 10:58
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

ABŞ fond bazarları Yaxın Şərqdə gərginliyin azalması fonunda yüksəlib

ABŞ fond bazarlarında əsas indekslər üzrə artım müşahidə olunub.

Qarabaginfo.az xəbər verir ki, ABŞ bazarlarında “Dow Jones Industrial Average” indeksi 0,63% artaraq 48 218,25 bəndə yüksəlib. S&P 500 1,02% artımla 6 886,24 bənd, Nasdaq Composite isə 1,23% artaraq 23 183,74 bənd təşkil edib.

Avropa bazarlarında isə eniş qeydə alınıb. Euro Stoxx 50 0,36% azalaraq 5 905,02 bəndə enib. FTSE 100 0,17% azalaraq 10 582,96 bənd, DAX 0,26% azalaraq 23 742,44 bənd, CAC 40 isə 0,29% geriləyərək 8 235,98 bənd olub.

Asiya-Sakit okean regionunda isə əsasən müsbət dinamika üstünlük təşkil edib. Nikkei 225 2,38% artaraq 57 849,02 bəndə yüksəlib. TOPIX 1,01% artaraq 3 760,65 bənd, Hang Seng Index 0,50% artaraq 25 788,97 bənd, CSI 300 isə 0,76% yüksələrək 4 681,44 bənd olub.

Analitiklərə görə, qlobal bazarlarda müşahidə olunan bu dinamika investorların ABŞ iqtisadiyyatına dair optimizmi ilə yanaşı, Avropada makroiqtisadi risklər və siyasət qeyri-müəyyənliyi fonunda ehtiyatlı davranışından qaynaqlanır.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər
5-02-2018, 10:03 Bakıda güclü duman var