Saytımızı qiymətləndirin


 
 

KİV: Rusiyanın cəbhədə aylıq itkiləri səfərbərlik imkanlarını üstələyir
Tarix: 22-02-2026 | Saat: 09:39
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Rusiyanın cəbhədə aylıq itkiləri səfərbərlik imkanlarını üstələyir

Rusiya hərbçilərinin 2026-cı ilin yanvarında itkiləri Moskvanın onları əvəz etmək imkanını təxminən 9 min nəfər üstələyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, bu o deməkdir ki, Rusiya hər ay səfərbərlik və ya müqavilə xidməti vasitəsilə cəlb edə bildiyindən daha çox hərbçi itirir.

Nəşr qeyd edir ki, itkilərə həm həlak olanlar, həm də döyüş əməliyyatlarına qayıda bilməyəcək dərəcədə yaralananlar daxildir.

Bu dinamika Rusiya üçün döyüş əməliyyatlarının tempini saxlamağı çətinləşdirir.

Nəşrin analitiklərinin fikrincə, mövcud şəraitdə şəxsi heyətin sayını yalnız səfərbərlik hesabına balanslaşdırmaq getdikcə çətinləşir və bu, Moskvanı əlavə ehtiyatlar axtarmağa, o cümlədən xarici vətəndaşların cəlbinə yönəldir.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər