Saytımızı qiymətləndirin


 
 

Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub etdi
Tarix: 24-09-2022 | Saat: 01:01
Bölmə:Gündəm / Karusel | çapa göndər

UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Macarıstan səfərdə Almaniyanı 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. İtaliya isə İngiltərəyə eyni hesabla qalib gəlib. Bu nəticələrdən sonra britaniyalılar B Liqasına düşüb.

Monteneqroya qalib gələn Bosniya və Herseqovina millisi A Liqasına vəsiqəni rəsmiləşdirib. B Liqasındakı digər matçda Finlandiya Rumıniya ilə heç-heçə edib - 1:1.

Şimali Makedoniyanı 2 cavabsız qolla üstələyən Gürcüstan yığması B Liqasına yüksəlib. Bolqarıstana 1:5 hesabı ilə uduzan Cəbəllütariq isə D Liqasına enib.

Nəhayət, Maltanı 2:1 hesabı ilə məğlub edən Estoniya seçməsi C Liqasına vəsiqə qazanıb.

UEFA Millətlər Liqası
V tur

A Liqası

3-cü qrup

Almaniya - Macarıstan - 0:1

Qol: Adam Salai,17

İtaliya - İngiltərə - 1:0

Qol: Cakomo Raspadori

Xal durumu: Macarıstan - 10, İtaliya - 8, Almaniya - 6, İngiltərə - 2

B Liqası

3-cü qrup

Bosniya və Herseqovina - Monteneqro - 1:0

Qol: Ermedin Demiroviç, 45+1

Finlandiya - Rumıniya - 1:1

Qol: Teemu Pukki, 12 - Florin Tanase, 52

Xal durumu: Bosniya və Herseqovina - 11, Monteneqro - 7, Finlandiya - 5, Rumıniya - 4.

C Liqası

4-cü qrup

Gürcüstan - Şimali Makedoniya - 2:0

Qol: Boyan Miovski, 35 (avtoqol). Xviça Kvaratsxeliya, 65

Bolqarıstan - Cəbəllütariq - 5:1

Qol: Valentin Antov, 23. Kiril Despodov, 36 - Roy Çipolina, 26. Radoslav Kirilov, 52. İliyan Stefanov, 55. Marin Petkov, 81

Xal durumu: Gürcüstan - 13, Şimali Makedoniya - 7, Bolqarıstan - 6, Cəbəllütariq - 1.

D Liqası

2-ci qrup

Estoniya - Malta - 2:1

Qol: Rauno Sappinen, 45+6. Henri Anier, 86 - Teddi Teuma, 51

Qırmızı vərəqə: Jean Borq, 45 (Malta)

Xal durumu: Estoniya - 9, Malta - 6, San marino - 0



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər