"Rusiyanı dayanmağa yalnız məcbur etmək olar".
Qarabaginfo.az xəbər verir ki, bunu Cənubi Koreya parlamentindəki çıxışında Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Rusiyanın sadəcə olaraq özünü dayanacağına ümid yoxdur. Ağılın qalib gələcəyinə və Rusiya rəhbərliyinin sadəcə olaraq bu müharibəni davam etdirməkdən imtina edəcəyinə ümid yoxdur. Rusiyanı ancaq buna məcbur etmək olar. Onları qonşu xalqların müstəqil həyatına hörmət və onları Ukrayna ərazisini tərk etməyə məcbur etmək lazımdır”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı indiyədək tətbiq edilmiş görünməmiş sanksiyalara baxmayaraq, o, hələ dayanmalı olduğunu hiss etmir.
"Bu o deməkdir ki, daha çox iş görülməlidir. Həm də təkcə dövlət səviyyəsində deyil. usiya bankları ilə qlobal maliyyə sistemi arasında əlaqəni tamamilə kəsməliyik. Rusiyanın enerji, xüsusilə də neft ixracatını məhdudlaşdırmalıyıq. Qlobal şirkətlər xalqların həyatını məhv etmək hüququna malik olduğuna inanan, dünyada yoxsulluq, qanunsuzluq və ölüm səpmək hüququna malik olduğuna inanan bu vəhşi dövlətə sponsorluq etməyi dayandırmalıdır”, - deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti əlavə edib: “Artıq o yerə çatıb ki, Rusiya açıq şəkildə dünyanı nüvə və kimyəvi silahlarla şantaj edir”.