Saytımızı qiymətləndirin


 
 

MN: Ermənilər atəşkəsi 22 dəfə pozublar
Tarix: 25-03-2019 | Saat: 10:16
Bölmə:Gündəm / Qarabağ | çapa göndər

cəbhə xətti ile ilgili görsel sonucu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətində “Qarabaginfo”ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.



Xəbəri paylaş

559 dəfə oxunub.

Digər xəbərlər