Saytımızı qiymətləndirin


 
 

Putin səfərbər edəcəyi hərbçilərə yüksək maaş verəcək
Tarix: 21-09-2022 | Saat: 15:32
Bölmə:Dünya / Karusel | çapa göndər

Sentyabrın 21-də Rusiya prezidenti Vldaimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib.

Putin bildirib ki, səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan vətəndaşlar müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçu statusu alacaqlar.


Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ümumilikdə 300 min ehtiyatda olan hərbçinin səfərbər olunacağı planlaşdırılır. Bunlar hərbi ixtisası və döyüş təcrübəsinə malik şəxslər olacaq. Eyni zamanda, nazir deyib ki, qismən səfərbərlik hazırda hərbi xidmətdə olanlara və tələbələrə aid olmayacaq.


Bəs səfərbərliyə çağırılanlara nə qədər maaş veriləcək?


Qarabaginfo.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov “Shot Telegram” kanalına bildirib ki, səfərbərliyə çağırılanlara yüksək məbləğdə maaş ödəniləcək.


“Bu da çox yüksək olacaq”, - deputat bildirib. Lakin Kartapolov ödənişlərin məbləğini açıqlamayıb.




34 dəfə oxunub.

Digər xəbərlər