Saytımızı qiymətləndirin


 
 

Ermənistanın XİN başçısı Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Tarix: 13-11-2017 | Saat: 16:54
Bölmə:Siyasət | çapa göndər

 

Ermənistanın xarici işlər nazir Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

 “Report” xəbər verir ki, Ermənistan KİV-nin verdiyi məlumata görə bunu ölkənin XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş noyabrın 14-də Moskvada keçiriləcək.  

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün əvvəl jurnalisltələr açılamasında noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bildirmişdi. O, Rusiyanın Azərbaycan və Ermənisran XİN başçılarına “üçtərəfli” (Azərbaycan, Ermənistan, ATƏT-in həmsədrləri) görüş təklif etdiyini də demişdi. Ancaq bu görüşün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. 



Xəbəri paylaş

626 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70