Saytımızı qiymətləndirin


 
 

Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər
Tarix: 29-11-2017 | Saat: 20:43
Bölmə:Mədəniyyət | çapa göndər

 

Bu məsələ dekabrın əvvəlində təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin iclasında müzakirə ediləcək

Azərbaycan milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma qaydasının YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınması üçün müraciət edib.

"Report"un BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, məsələ bu il dekabrın 4-dən 9-dək Cənubi Koreyanın Çedjudo adasında keçiriləcək təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında müzakirə olunacaq.

Tədbir iştirakçıları 34 yeni müraciətə baxacaqlar. 



Xəbəri paylaş

727 dəfə oxunub.

Digər xəbərlər