Saytımızı qiymətləndirin


 
 

Rəşad Atakişiyevin doğulduğu gündür...
Tarix: 07-01-2021 | Saat: 11:04
Bölmə:Manşet / Karusel | çapa göndər

 

 

Bu gün Azərbaycanın mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür. 

Qarabaginfo.az xəbər verir ki, R. Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. O, 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olub. 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasını yüksək nəticələrlə başa vurub. 

Polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R. Atakişiyev həlak olub. Onun nəşi ötən ilin avqustun 20-də tapılaraq dənizdən çıxarılıb. 

R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib. Pilotun iki oğul övladı yadigar qalıb.



Xəbəri paylaş

322 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70