Saytımızı qiymətləndirin


 
 

Novruz Məmmədov: "Ermənistan danışıqlar prosesini yubatmaq üçün əlindən gələni edir
Tarix: 23-12-2017 | Saat: 11:53
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

"

"Qarabaginfo"  "Trend.az"-a istinadən xəbər verir ki, bu gün dünyada çox böyük bir gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupunun üzvlərini də narahat edir. Bu nöqteyi-nəzərdən, müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə sanki diqqət azalıb".

 

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

 

N.Məmmədovun sözlərinə görə, buna baxmayaraq son vaxtlar həmsədrlərin regiona səfərləri baş tutdu, Azərbaycan Prezidenti ilə görüşləri oldu, həmçinin Avropa İttifaqının və ATƏT-in nümayəndələrinin Azərbaycan Prezidenti ilə görüşləri keçirildi və onlar nümayiş etdirdilər ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı proseslər gedir:

 

“Eyni zamanda, Rusiya rəhbərinin bəyanatı oldu. Yəni proseslər gedir, ancaq Ermənistan tərəfi həmişə danışıqlar prosesini yubatmağa çalışır və bununüçün əlindən gələni edir”.



Xəbəri paylaş

565 dəfə oxunub.

Digər xəbərlər