Saytımızı qiymətləndirin


 
 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan
Tarix: 28-08-2020 | Saat: 18:38
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

İcazə verin, doğum gününüz münasibətilə Sizi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti adından və şəxsən öz adımdan təbrik edim.

Siz görkəmli dövlət xadimi və ictimai xadim olaraq insanların rifahına yorulmadan qayğı göstərir, səhiyyənin, elmin və mədəniyyətin inkişafına çox böyük töhfə verirsiniz. Tibbi təhsil sahəsində beynəlxalq innovasiya layihələrinə, o cümlədən Seçenov Universitetinin Bakı filialının fəaliyyətinə verdiyiniz dəstəyə və göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirik.

Sizə ən xoş diləklərimi bildirir, əmin-amanlıq, firavanlıq, yeni zəfərlər üçün tükənməz enerji arzu edirəm.

Hörmətlə,

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki, professor  imzainfo.az



Xəbəri paylaş

617 dəfə oxunub.

Digər xəbərlər