Saytımızı qiymətləndirin


 
 

Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb
Tarix: 01-12-2017 | Saat: 11:58
Bölmə:Manşet / Karusel / Təhsil | çapa göndər

Eksternat imtahanlarına qeydiyyat və sənəd qəbuluna dekabrın 1-dən start verilib. Qeydiyyat və sənəd qəbulu dekabrın 20-nə kimi (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar iştirak edə bilər.


"Qarabaginfo" "Modern.az"-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Eksternat imtahanlarına 16 yaşı tamam olmuş şəxslər qatıla bilərlər.


Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər  21-22 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.


Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.


Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

 



Xəbəri paylaş

725 dəfə oxunub.

Digər xəbərlər