Saytımızı qiymətləndirin


 
 

Anar Nağılbaz porno videodan danışarkən ağladı - Video
Tarix: 28-11-2017 | Saat: 18:14
Bölmə:Manşet / Karusel / Mədəniyyət | çapa göndər

 

Anar Nağılbaz porno videodan danışarkən ağladı

 

Azərbaycanda repin atası sayılan Anar Nağılbazın yeni klipinin təqdimatı olub. "Qarabaginfo" "Qafqazinfo"-a istinadən xəbər verir ki, reper təqdimatdan əvvəl onun olduğu iddia edilən porno videoya münasibət bildirib:

"O video ilə bağlı mən sizə çox söz deyə bilməyəcəm. Məhkəməyə verilib. Onlar həm çox yüksək məbləğdə maddi, həm də mənəvi cəzasını alacaqlar. Şübhələndiyim şəxslər var. Yayan xanımlardır. Sizdən qabaq vəkillərimlə görüşürdüm. 50 GB-lıq materiallar var əlimdə. Video tam iftiradır və sübutlarım da var. Nə videodakı mənəm, nə o mənim səsimdir. Onların hamısı qara PR-dır.

Mənim keçmiş xanımımın və o tərəfdən danışan heç kimin sözünə inanmayın. Onların hər zaman pulları verilib. Yay boyu uşaqlar mənim yanımda olub. Keçmiş xanımım dünən efirdə çıxıb deyir ki, mən uşaqlarıma baxmamışam.Qalan hər şey məhkəmədə açıqlanacaq.Həyatdı bu. Bir də baxırsan ki, ən güvəndiyin adamlar bıçağı belindən vurur". 

Anar Nağılbaz mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib:

“Mən çox xoşbəxtəm, mənim Aytənim var. Biz bu yaxında evlənəcəyik və o məni sevir. Toyum mediaya açıq olacaq və Azərbaycanda hələ belə toy olmayıb". 

Reperə dəstək üçün təqdimata gələn Nahidə Orucova bu videonun sadəcə qara PR olduğunu söyləyib: 

"Anar son vaxtlarda çox güclü məhəbbət yaşayır. Son bir ayda gözləri parıldayırdı. Bunu götürə bilməyən adamlar edib bunu. Videoya diqqətlə baxsaz, səslər üst-üstə düşmür, mənim məşhur xalım da yoxdur. Və bu kimi bir çox nüanslar var".

Günel Hacı

Video: Pərvin Zeynal

 



Xəbəri paylaş

888 dəfə oxunub.

Digər xəbərlər