Saytımızı qiymətləndirin


 
 

Prezident sərəncam imzaladı
Tarix: 27-04-2020 | Saat: 13:40
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

Prezident sərəncam imzaladı

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Qarabaginfo.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 



Xəbəri paylaş

345 dəfə oxunub.

Digər xəbərlər