Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda ağır yol qəzası - Məktəb direktorları yaralandı - Məktəb direktorları yaralandı
Tarix: 07-10-2017 | Saat: 17:10
Bölmə:Manşet / Təhsil | çapa göndər

 

Azərbaycanda ağır yol qəzası

 

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qarabağinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini 1954-cü il təvəllüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanlar - İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.

 

 



Xəbəri paylaş

636 dəfə oxunub.

Digər xəbərlər