Saytımızı qiymətləndirin


 
 

Çin lideri İlham Əliyevi təbrik etdi
Tarix: 20-12-2018 | Saat: 17:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Qarabaginfo" xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

 

Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

 

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

 

Sizə möhkəm cansağlığı arzulayıram".



Xəbəri paylaş

510 dəfə oxunub.

Digər xəbərlər
13-06-2022, 14:36 Lavrov İrana gedəcək