Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayırıb
Tarix: 20-06-2018 | Saat: 18:36
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər

 

 

Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, məlumatına görə, bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 



Xəbəri paylaş

556 dəfə oxunub.

Digər xəbərlər