
Azərbaycan Prezidenti: "Xəzərin statusu ilə bağlı görülməli olan işlərin çox hissəsi artıq yerinə yetirilib"
Tarix: 05-04-2018 | Saat: 22:45
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
683 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-04-2018 | Saat: 22:45
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
Məncə, Xəzərdənizinin hüquqi statusunun qəti müəyyən edilməsi məsələsində əhəmiyyətli fakt odur ki, biz düzgün istiqamətdə irəliləyirik. Qiymətləndirmə və təhlil tələb edilən bütün məsələlərdə meyilləri nəzərə almaq lazımdır. Yəni, bu məsələyə dair qarşılıqlı anlaşmaya nail olmaq meyli hiss olunur və deməliyəm ki, görülməli olan işlərin çox hissəsi artıq yerinə yetirilib".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
Dövlət başçısı hazırda Xəzərin statusu ilə bağlı məsələdə Azərbaycana aid problemin olmadığını bildirib:
"Düşünürəm ki, bütün Xəzəryanı dövlətlər tərəfindən bundan sonra da nümayiş etdiriləcək xeyirxah iradə bu məsələni tənzimləməyə və Xəzər dənizinin statusu məsələsinə bir növ nöqtə qoymağa imkan verəcək. Bununla bərabər, qeyd etməliyəm ki, Xəzər dənizinin statusunun tənzimlənməmiş qalması məsələsi Xəzəryanı dövlətlərin əməkdaşlığının istər çoxtərəfli, istərsə də ikitərəfli formatına əsla təsir göstərmir. Hər halda, Azərbaycana aid problem yoxdur".
İlham Əliyev Azərbaycanın bütün Xəzəryanı ölkələrlə çox sıx, səmimi, real məzmunlu və çox yüksək etimad səviyyəsinə əsaslanan münasibətlərinin olduğunu vurğulayıb:
"Bizim bütün Xəzəryanı ölkələrlə çox sıx, səmimi, real məzmunlu və çox yüksək etimad səviyyəsinə əsaslanan münasibətlərimiz var. Ona görə düşünürəm ki, bütün Xəzəryanı ölkələrin şərik çıxdığı bu yanaşma – Xəzərin statusu məsələsini qonşularla münasibətlərin gündəliyində bir nömrəli məsələ hesab etmək əvəzinə, qüvvələrimizi bu gün həll edilməsi mümkün və lazım olan məsələlər üzərində cəmləşdirməliyik. Bununla da biz həmin məsələnin tənzimlənməsi üçün zəmin yaratmış olarıq. Hesab edirəm ki, beynəlxalq problemlərlə bağlı bütün başqa məsələlərdə olduğu kimi, burada da beynəlxalq hüququn, bu tipli məsələlərin tənzimlənməsində mövcud beynəlxalq praktikanın prinsipləri və tərəflərin xeyirxah iradəsi ilə bağlı məsələlər əsas götürülməlidir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Bu məsələnin bəzi istiqamətləri üzrə irəliləmək üçün planlarımız var. Düşünürəm ki, lap yaxın vaxtlarda biz yaxşı nəticələr görəcəyik".
Xəbəri paylaş
Digər xəbərlər
23-08-2021, 17:49
Ermənistanda polislərə hücum etmiş 7 nəfərə ittiham irəli sürülüb
20-02-2022, 14:27
Təhsil nazirinin Gürcüstana səfəri başlayıb
22-04-2026, 13:53
Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağına əmindir
25-04-2022, 20:55
Bakıda mənzildən meyit tapılıb
14-10-2022, 12:57
Şəhid ailələrinin mənzil təminatı bu tarixdə başa çatdırılacaq
27-06-2022, 07:24
Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək
22-08-2026, 11:43
Ticarət mərkəzinə PUA zərbəsindən 16 nəfər ölüb, 9 nəfər itkin düşüb
20-12-2023, 17:08
Zakir Həsənov Laçında hərbçilərlə görüşüb, tapşırıqlar verib - VİDEO
22-04-2025, 10:22
Hidayət Heydərov millinin heyətindən çıxarıldı - AÇ-yə getməyəcək


















