“Azərbaycan İraqın şimalındakı referendumun əleyhinədir" - Allahşükür Paşazadə
Tarix: 25-09-2017 | Saat: 14:30
Bölmə:Manşet | çapa göndər

744 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-09-2017 | Saat: 14:30
Bölmə:Manşet | çapa göndər

İstanbul şəhərində "Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Qarabağinfo.az-ın APA-ya istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə Dini İşlər Vəqfi və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət, Mədəniyyət Tədqiqatları Mərkəzi – İRCİCA da dəstək verir.
Toplantının açılışında çıxış edən QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə DAEŞ və digər terror təşkilatlarına qarşı mübarizədə islam həmrəyliyinin böyük rol oynadığını deyib: "Vaxtında qarşısı alınmayan və düzgün siyasi qiymət verilməyən hadisələr sonradan daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Əzəli torpaqlarının 20%-i erməni işğalı altında olan Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətdikləri soyqırıma düzgün qiymət verilsəydi, müsəlmanlara qarşı başqa soyqırımlar həyata keçirilməzdi”.
A. Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb. O, FETÖ-nün 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünə qarşı başda prezident Əliyev olmaqla, Azərbaycan xalqının tam həmrəy şəkildə Türkiyə dövlətini dəstəklədiyini xatırladıb.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini ekstremizmin və terrorun qarşısının alınması üçün "dində vəhdət və birlik” ideyasını həyata keçirdiklərini söyləyib. Bu ideyanı ölkədə və bölgədə uğurla həyata keçirdiklərini diqqətə çatdıran M. Qurbanlı bu istiqamətdəki təşəbbüslərini dünya miqyasında davam etdirəcəklərini vurğulayıb.
Türkiyə baş nazirinin dini işlərə cavabdeh müavini Bəkir Bozdağ çıxışında bu toplantını "bir millət, iki dövlət” arasındakı həmrəyliyin və eyni mədəniyyətdən bəslənən insanların bir-birinə daha çox yaxınlaşmalarının örnəyi kimi gördüyünü deyib. O, konfransda iştirak edən elm adamlarına müraciət edərək "DEAŞ, FETÖ, "Boko Haram” kimi terror təşkilatlarını aradan çıxarmaq üçün ən böyük vəzifə sizin üzərinizə düşür. "Quran”ı, peyğəmbərimizin həyat və fəaliyyətini, düzgün hədisləri insanlara çox dərindən öyrətməliyik. Terror təşkilatları kimi bir zəhərə qarşı biz sadəcə elm, kitab, "Quran” yoluyla mübarizə apara bilərik”, - deyə B. Bozdağ vurğulayıb.
Konfrans elm və din adamlarının çıxışları ilə davam edib.
Xəbəri paylaş
Digər xəbərlər
22-06-2023, 16:07
Erməni diversantların məhkəmə tarixi - 4 zərərçəkən var
29-01-2022, 18:10
Aİ-92 benzinin gömrük rüsumundan azad edilməsinin səbəbi açıqlanıb
26-11-2025, 22:24
Türkiyədən gələn nümayəndə heyəti Hikmət Hacıyevlə görüşüb
20-02-2022, 18:25
AFP: Makron Putinlə söhbətindən sonra Zelenski ilə danışır
23-01-2025, 12:00
AzTV-nin keçmiş Baş proqram direktoru İlham Alışanov vəfat edib
16-03-2022, 17:00
Putin o qədər adamın “qələmini” qırıb ki!
30-08-2023, 11:51
Orban Ukraynanın Rusiyaya qalib gələ bilməyəcəyini zənn edir
29-01-2021, 10:42
Həbs xəbəri yayılan Əli Həsənov danışdı: “Evimdəyəm”
13-04-2022, 00:14
Prezident: "Əfsuslar olsun ki, 1992-ci ilin mayında Şuşa milli xəyanət nəticəsində işğal olundu"















