Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev: “Azərbaycanla Türkiyə daim bir-birini dəstəkləyir” - YENİLƏNİB
Tarix: 01-02-2018 | Saat: 13:14
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 ilham eliyev azerbaycanla turkiye daim bir birini destekleyir yenilenib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki,  ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib.

 

Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini dedi, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Xanım Jülide Sarıeroğlu isə bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

 

*** 10.26

 

Prezident İlham Əliyev fevralın 1-də Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



Xəbəri paylaş

591 dəfə oxunub.

Digər xəbərlər