Saytımızı qiymətləndirin


 
 

“Qarabağ müharibəsində qələbənin adı İlham Əliyevdir”
Tarix: 22-03-2021 | Saat: 14:43
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

   İlham Əliyev: Zəfər və qəhrəmanlıq simvolu

 

“Hər bir qələbənin adı olur. Dağlıq Qarabağ müharibəsində qələbənin adı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Müharibənin aparılmasında siyasi iradə, məsuliyyət və cavabdehlik olmalıdır. Prezident İlham Əliyev bunların hamısını öz üzərinə götürdü”.

Qarabaginfo.az xəbər verir ki, bu fikri Ukraynanın tanınmış hərbi jurnalisti Roman Boçkala Azərbaycana səfəri ilə bağlı hazırladığı reportajda söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevlə mətbuat konfransına dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Mətbuat konfransında Azərbaycanın tez bir zamanda necə uğurlu hərbi əməliyyatlar keçirməsinə aydınlıq gətirilib.

Reportajda dövlət başçısının 44 günlük müharibədə həyata keçirilən uğurlu hərbi əməliyyatlarına dair sitatlarına, tətbiq edilən müasir silahlar barədə məlumatına yer ayrılıb.

R.Boçkala vurğulayıb ki, baxmayaraq mətbuat konfransı koronavirusa görə onlayn rejimdə keçirildi, ancaq Prezident İlham Əliyevin bütün suallara ətraflı, faktlara, rəqəmlərə söykənən cavabı onu heyrətləndirdi. Bütün bunlar Azərbaycan Prezidentinin ölkənin hər bir hadisəsinə ciddi nəzarət etdiyini bir daha göstərdi.

Jurnalist qeyd edib ki, bununla Azərbaycanın gözəl gələcəyinin olacağı və hər bir prosesin nəzarətdə olduğu göz qabağındadır.

Ukraynalı hərbi jurnalist Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olaraq, oradan real vəziyyət haqqında da xüsusi reportaj yayımlayıb.

 

 




 

 

 

 

 

 

 

 

 



Xəbəri paylaş

1331 dəfə oxunub.

Digər xəbərlər