Saytımızı qiymətləndirin


 
 

Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Tarix: 11-01-2021 | Saat: 20:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Həbs edilən icra başçısının oğlubu rayona müstəntiq təyin edildi

İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.

Qarabaginfo.az Unikal.org-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi təyin edilib.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. M.Hacıyev atası həbs ediləndən sonra Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunmuşdu.

 



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər