Saytımızı qiymətləndirin


 
 

Azərbaycan iqtisadi nikbinlik indeksinə görə dünyada ikinci olub
Tarix: 06-01-2021 | Saat: 17:16
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat | çapa göndər

Azərbaycan iqtisadi nikbinlik indeksinə görə dünyada ikinci olub

"Gallup International" assosiasiyası tərəfindən aparılan sorğu və tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycan əhalisinin 63%-i 2021-ci ilin iqtisadi firavanlıq ili olacağına inanır. Bu göstərici İqtisadi Nikbinlik İndeksi (Economic Optimism Index) kimi ifadə olunur.

Qarabaqinfo.az-in "Gallup International"ın hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycandan yuxarı 72% ilə Nigeriya qərarlaşıb, üçüncü pillədə 59%-lə Vyetnam, dördüncü yerdə Qırğızıstan (58%), beşinci yerdə isə Hindistan (56%) qərarlaşıb.

2021-ci ildə iqtisadiyyatın çətinliklərlə qarşılaşacağına ən çox inanan ölkələr isə Böyük Britaniya, Avstriya, İtaliya, Bosniya və Herseqovina və Bolqarıstan olub. Sözügedən ölkələrdə əhalinin müvafiq olaraq 71%-i, 70%-i, 67%-i, 66%-i və 64%-i 2021-ci ilin iqtisadiyyat üçün çətinliklərlə bol olacağına inanır.



Xəbəri paylaş

322 dəfə oxunub.

Digər xəbərlər