Saytımızı qiymətləndirin


 
 

Ali Məhkəmənin hakimi virusdan öldü
Tarix: 06-01-2021 | Saat: 10:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov COVID-19-dan vəfat edib.

 

Qarabaginfo.az xəbər verir ki, hakim ötən ay yeni növ koronavirus infeksiyasına yoluxmuş, vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilmişdi.

 

İnqilab Maşallah oğlu Nəsirov 3 sentyabr 1963-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olub.
1991-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

İnqilab Nəsirov 2003-2004-cü illərdə Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Onun 2003-cü ildə açıq ürək əməliyyatı keçirdiyi bildirilir.

Ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!



Xəbəri paylaş

326 dəfə oxunub.

Digər xəbərlər