Tarix: 06-01-2021 | Saat: 10:43
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ali Məhkəmənin hakimi İnqilab Nəsirov COVID-19-dan vəfat edib.
Qarabaginfo.az xəbər verir ki, hakim ötən ay yeni növ koronavirus infeksiyasına yoluxmuş, vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilmişdi.
İnqilab Maşallah oğlu Nəsirov 3 sentyabr 1963-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olub.
1991-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
İnqilab Nəsirov 2003-2004-cü illərdə Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.
2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Onun 2003-cü ildə açıq ürək əməliyyatı keçirdiyi bildirilir.
Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!
Digər xəbərlər