Saytımızı qiymətləndirin


 
 

Yeni dövrün başlanğıcı: “Bu Ankaranın Rusiya və Ermənistana mesajıdır ki...
Tarix: 01-01-2021 | Saat: 12:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Yeni dövrün başlanğıcı: “Bu Ankaranın Rusiya və Ermənistana mesajıdır ki...”

"Türkiyənin müdafiə naziri Hulusi Akarın ilin sonuncu gününü Azərbaycanda keçirməsinin xüsusi əhəmiyyəti var".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Hulusi Akarın Azərbaycana səfərinin əhəmiyyətini şərh edərkən deyib.

"Birincisi, Türkiyə hərbçilərin Qarabağa gəlişi başlanıb və Hulusi Akarın iştirakıyla keçirilən tədbirdə bunun xüsusi vurğulanmasına ehtiyac var idi.

İkincisi, bu Ankaranın Rusiya və Ermənistana mesajıdır ki, “Türkiyə ordusu artıq Qarabağda yerləşib”.

Üçüncüsü, Hulusi Akar telefon vasitəsilə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistan auditoriyasına bu mesajını ötürdü: “Türk əsgəri “ölsəm şəhid, qalsam qazi” anlayışı ilə ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetirəcəkdir”", - deyə politoloq bildirib.

E.Şahinoğlu bildirib ki, Ermənistanın illərdir Rusiyaya Türkiyəninin bölgəyə yerləşməsinə imkan verməməsi haqda yalvarır:

"Ermənistan rəsmiləri və müxtəlif siyasətçiləri illərdir Rusiyaya yalvarırdılar ki, “Türkiyənin bölgədə yerləşməsinə imkan verməyin”. Bəlkə də Kreml müharibəyə qədər İrəvanın bu yalvarışlarına qulaq verirdi, ancaq hazırda Kreml sahibi özü də etiraf edir ki, heç bir qüvvə Türkiyə-Azərbaycan ittifaqına və Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə mane ola bilməyəcək.

Bizim üçün yeni dövr başlayır. Rusiyalı hərbçilərin erməni separatçılarla birgə Dağlıq Qarabağdakı fəaliyyətləri nəzarət altına alınmalı və məhdudlaşdırılmalıdır. Bu vəzifəni Azərbaycan və Türkiyə hərbçiləri birgə yerinə yetirəcəklər. Ağıl oyunlarının mürəkkəb dövrünə qədəm qoyuruq və 44 günlük müharibədə olduğu kimi bu mübarizədə də qalib olmalıyıq!".(Yenisabah.az)



Xəbəri paylaş

313 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70