Saytımızı qiymətləndirin


 
 

BP Azərbaycanda koronavirusla mübarizəyə 3 mln. dollar ayırıb
Tarix: 18-12-2020 | Saat: 14:51
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat | çapa göndər

BP Azərbaycanda koronavirusla mübarizəyə 3 mln. dollar ayırıb

Bu il BP şirkəti müxtəlif sosial layihələr vasitəsilə Azərbaycana 4,1 mln. ABŞ dollarından çox sərmayə qoyub.

BP-dən Qarabaginfo.az-a verilən məlumata görə, buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 mln. dollar həcmində töhfəsi də daxildir.

"Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyaların  xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100 min ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımı laborator sərfiyyat materialları və reagentlərin, həmçinin  xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyəsi üçün nəzərdə tutulmuş  3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib", - məlumatda qeyd edilir.

Bu dəstəyin məqsədi ölkədə COVID-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir.

Xatırladaq ki, BP Azərbaycanda bir sıra iri enerji layihələrinin (həmçinin “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqları blokunun və “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihələrində) iştirakçısıdır.



Xəbəri paylaş

355 dəfə oxunub.

Digər xəbərlər