Saytımızı qiymətləndirin


 
 

Həbsdə olan jurnalistlərin sayı açıqlandı
Tarix: 15-12-2020 | Saat: 14:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu ilin dekabr ayına olan məlumata görə, 274 jurnalist həbsdədir və bu, 2016-cı ildə qeydə alınan rekordun (272) yenilənməsi deməkdir.

 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsi (JMK) ictimai təşkilatı məlumat verib.

 

Bildirilib k, beşinci ildir həbsdə olan jurnalistlərin sayı 250-ni keçir. Həbsdə olan media işçilərinin 13%-ni qadın jurnalistlər təşkil edir.

 

Araşdırma aparılan zaman ABŞ-da həbsdə olan heç bir jurnalist olmayıb, lakin 2020-ci ildə ölkədə 110 media işçisi cinayət ittihamı ilə mühakimə olunub, 300 jurnalist hücuma məruz qalıb, bunların əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.

 

Bu il 2 həbs cəzası çəkərkən ölüb. Onlardan 1-i koronavirusdan vəfat edib.



Xəbəri paylaş

298 dəfə oxunub.

Digər xəbərlər