Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu
Tarix: 10-12-2020 | Saat: 13:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

İstanbul hava durumu (5 günlük) - Meteoroloji İstanbul'da havalar nasıl olacak? | Gündem Haberleri

Dekabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

Dekabrın 11-də Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı  yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 1-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz  0-3 dərəcə şaxta olacaq.  

 Tibbi-meteoroloji proqnoz

Dekabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 



Xəbəri paylaş

311 dəfə oxunub.

Digər xəbərlər