Saytımızı qiymətləndirin


 
 

TƏBİB rəsmisi: Yoluxma faizi 25-in üzərindədir
Tarix: 08-12-2020 | Saat: 15:31
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ninin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Y.Qarayeva qeyd edib ki, indiki məqamsa reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı artıb.

O həmçinin deyib ki, əhali arasında çox sayda reseptlər dolaşır:

"Ev şəraitində vitaminlər qəbul edilər bilər. Bəzi vətəndaşlarımız müəyyən xəstəliklərlə bağlı qan duruldan perearatlardan istifadə edirlər, onlar bu gün də həmin dərmanlarən qəbuluna davam edə bilərlər.

Digər insanlar yalnız həkim məsləhətilə bu cür pereparatlardan istifadə edə bilərlər.
Təəssüf ki, xüsusilə hamının deksametazon axtarması adi hal alıb. Həkim məsləhəti və göstərişi olmadan bu cür dərmanların istifadəsi qətiyyən yolverilməzdir".

Əgər iyun-iyul aylarında yoluxma faizi 7-8 faiz təşkil edirdisə, hazırda ölkə üzrə yoluxma faizi 25-in üzərindədir."Modern"


Xəbəri paylaş

327 dəfə oxunub.

Digər xəbərlər
5-06-2022, 13:08 Siyəzəndə ev yandı