Saytımızı qiymətləndirin


 
 

Qarabağda döyüşən tələbələr, universitet məzunları, prorektor oğlu - SİYAHI
Tarix: 23-10-2020 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Artıq 27 gündür Qarabağ uğrunda gedən savaşda Vətən oğulları qəhrəmancasına döyüşür. Ölümdən qorxmayan əsgərlərimizin sıralarında təhsilini yarıda qoyan tələbələr, yaxud təhsilini bitirən kimi könüllü cəbhəyə yollanan gənclər, ali məktəb işçiləri də az deyil.

 

Modern.az saytı mövzu ilə bağlı bəzi universitetlərlə əlaqə saxlayıb.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov:

 

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarında həm işçilərimiz, həm də məzunlarımız arasında iştirak edənlər var. Müharibəyə getmək üçün könüllü qrupların yığılması davam etdiyindən iştirak edənlərin sayı barədə dəqiq məlumat verə bilmirik”.

 

Bakı Ali Neft Məktəbinin mətbuat katibi Zamirə Ədilova:

 

“Qarabağ uğrundan 27 sentyabrdan başlanan müharibədə həm işçilərimiz, həm də məzunlarımız iştirak edirlər. 10 nəfər əməkdaşımız könüllü olaraq yağı düşmənə qarşı ön cəbhədə döyüşür”.

 

ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova:

 

“Torpaqlarımız uğrunda canı bahasına döyüşən əsgərlərimiz arasında bizim tələbələrimiz də var. ADA kitabxanasının əməkdaşı Nurlan Ağayev, builki məzunlardan Niftəli Qasımlı, Sənan Abdullayev, Müslüm Qafarov, Əli Tağıyev, Cavid Ələkbərov və başqalrı torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşən ordumuzun sıralarına qoşulublar”.

 

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli:

 

“Doğma vətənimiz üçün döyüşməyə könüllü yazılan işçilərimiz və məzunlarımız Ordumuzun sıralardadır”.

 

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova:

 

“Universitetimizin igid oğulları könüllü olaraq cəbhəyə yazılıblar. Hətta 4 işçimiz cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşür. Yaz məzunlarımız da cəbhədə döyüşənlər arasındadır. Prorektorumuz Kamran Kazımovun oğlu Vüsal Kazımov cəbhədə könüllü olaraq vuruşur”.



Xəbəri paylaş

376 dəfə oxunub.

Digər xəbərlər