Saytımızı qiymətləndirin


 
 

Döyüşlər əməliyyat planına uyğun aparılır - Polkovnikdən AÇIQLAMA
Tarix: 21-10-2020 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ağdam, Tərtər, Goranboy kimi ərazilərimiz gün ərzində bir neçə dəfə Ermənistan Silahlı Qüvvələrinin hücumlarına məruz qalır. İşğalçı Ermənistan mülki əhalini və obyektləri hədəf alır.


Hazırkı situasiyada Azərbaycan Ordusu cəbhədə uğurlu hərbi əməliyyatlar həyata keçirir. Hər gün bir neçə yaşayış məntəqəmiz, kəndlərimiz düşmən əsarətindən xilas edilir.


Amma diqqət çəkən məqam Azərbaycan Ordusunun adıçəkilən istiqamətlərdə əks-hücum əməliyyatlarını həyata keçirməməsidir.


Maraqlıdır, hazırda aparılan hərbi döyüş taktikası nəyə hesablanıb?


Niyə görə Ağdam, Tərtər Goranboy kimi ərazilərdə Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirmir?


Qarabaginfo.az xəbər verir ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu barədə  danışarkən döyüşlərin əməliyyat planlarına uyğun formada getdiyini bildirib:


“Döyüş əməliyyatlarının əsas ssenarisi var. Biz döyüşlərin getdiyini və dayanmadığını görürük. Hansı hədəflərin vurulması, hansı mövqelərin ələ keçirilməsi kimi məsələlər əməliyyat planına uyğun olan tapşırıqlardır. Azərbaycan hücum əməliyyatını davam etdirir”.


Ehtiyatda olan polkovnikin sözlərinə görə, gün keçdikcə böyük sahəyə malik yaşayış məntəqələrinin düşməndən azad edildiyini görürük:


“Azərbaycan Ordusunda bütün döyüşlər plan üzrə gedir. Bəziləri elə başa düşür ki, Ermənistanın atəşkəsi pozduğu yerlərdə əks-hücum əməliyyatları dayandırılıb. Ancaq elə deyil. Bu cür fikirlər sırf taktiki cəhətdən olan yanaşmalardır. Azərbaycan Ordusunun professionallığına, döyüş qabiliyyətinə heç kimin şübhəsi olmasın. Ordumuz uzun müddətdir ki, döyüş hazırlığı keçib. Eləcə də, bu günlərdə döyüşə adaptasiya olub. Döyüş şəraitində vərdişlərə yiyələnərək, qazandığı professionallıq nəticəsində düşməni qovmağa, əraziləri onlardan azad etməyə nail olur”.


Şair Ramaldanov bütün əməliyyatların təsdiq olunmuş planına uyğun olaraq aparıldığını qeyd edib:


“Dediyiniz istiqamətdə də hansı proseslərin gedəcəyini gələcək günlərdə eşidəcəksiniz”.

Modern.az



Xəbəri paylaş

382 dəfə oxunub.

Digər xəbərlər