Saytımızı qiymətləndirin


 
 

TƏBİB: Hazırda koronavirusa qarşı hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir
Tarix: 16-10-2020 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“COVİD-19 xəstəliyinə qarşı peyvəndlərlə bağlı Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli PROVAX proyektinin iştirakçısıdır”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.Qarayeva deyib ki, dünyada vaksinlərlə bağlı gedən araşdırmaları çox yaxından izləyirlər: “Hazırda hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncü araşdırma mərhələsinə keçəndə çox ümidverici olur. Amma insanlarda onun istifadəsi başlayanda orada hər hansı fəsadlar və insanlar üzərində əks-təsirlər qeyd olunur. Ona görə bu gün hansısa zaman vermək çox tezdir. Hələ tam bütün mərhələləri bitirən və hansısa beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur. Amma biz ölkə olaraq bütün prosesləri yaxından izləyirik və bütün proseslərin artıq iştirakçısıyıq. Əgər elə bir vaksin təsdiq olunarsa, o vaksini əldə edə biləcək ölkələrin sırasındayıq”.

TƏBİB-in şöbə müdiri Rusiyadan vaksin gətirilməsi məsələsinə də münasibət bildirib: “Vaksinin hansı ölkədə istehsal olunması hazırda əhəmiyyətli deyil. Rusiyada istehsal olunan peyvənd namizədi də hazırda beynəlxalq təşkilatlar tərəfindən araşdırılır. ÜST tərəfindən də bu peyvəndə bəzi müsbət qeydlər verilib, amma bununla belə, tam təsdiqlənməyib. Bu peyvəndin müsbət qiymətləndirmə nəticələri qeyd olunur. Əgər bu təsdiq olunarsa və ÜST tərəfindən qəbul olunarsa, ki, tam şəkildə zərərsizdir, o zaman Azərbaycan da bunu almağı düşünə bilər”.

Azərbaycan hökuməti koronavirus vaksini istehsal edən şirkətlərlə danışıqlar aparır | Report.az



Xəbəri paylaş

387 dəfə oxunub.

Digər xəbərlər