Saytımızı qiymətləndirin


 
 

DTX əməliyyat keçirdi: 26 əcnəbi tutuldu - VİDEO
Tarix: 04-11-2023 | Saat: 11:48
Bölmə:Karusel / İdman | çapa göndər

 

DTX əməliyyat keçirdi: 26 əcnəbi tutuldu - VİDEO

 

Ölkə ərazisində qanunsuz yaşayan əcnəbilər saxlanılıblar.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə məlumatında bildirilib.

 

Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, həmçinin işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla əcnəbilərin öz həmvətənləri tərəfindən 1100-2200 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.

 

Qanunsuz miqrasiyanı təşkil etdiyinə dair barəsində əsaslı sübutlar əldə edilən əcnəbilərdən birinin Azərbaycanda yaşadığı məlum olmuşdur. Hazırda həmin əcnəbinin şəxsiyyətinin müəyyən olunması və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaqdır.

 

 


Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər