Saytımızı qiymətləndirin


 
 

İsrail əsgərləri Türkiyənin "Anadolu" agentliyinin müxbirini yaralayıb
Tarix: 26-09-2020 | Saat: 14:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Fələstinlilərin nümayişini izləyən fotomüxbir İsrail qüvvələrinin istifadə etdiyi plastik güllələrin hədəfi olub.

İsrail əsgərləri Fələstində Türkiyənin "Anadolu" agentliyinin fotomüxbirini yaralayıb.

Qarabaginfo.az Sputnik.az-a istinadla xəbər verir ki, fələstinlilərin nümayişini izləyən sərbəst fotomüxbir Nidal İştiyyə İsrail qüvvələrinin istifadə etdiyi plastik güllələrin hədəfi olub.

Fələstinlilər İordan çayının qərb sahilindəki Nablus şəhərindəki Kefr Kaddum qəsəbəsində qanunsuz yəhudi məskunlaşmalarına cavab olaraq etiraz nümayişi təşkil ediblər.

İsrail qüvvələri nümayişə rezin güllələr və gözyaşardıcı qazla müdaxilə ediblər.

"Anadolu" agentliyi ilə əməkdaşlıq edən fotomüxbir İştiyyə və etirazçılardan 6 nəfər İsrail qüvvələrinin istifadə etdiyi rezin güllələrin hədəfi olub. Fotomüxbir ayağından yüngül xəsarət alıb.

Fələstinli həkim qrupların müdaxilə etdiyi fotomüxbirin vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, fotomüxbir may ayında da etriaz nümayişlərini izləyərkən İsrail əsgərləri tərəfindən yaralanmışdı.





Xəbəri paylaş

368 dəfə oxunub.

Digər xəbərlər