Saytımızı qiymətləndirin


 
 

DİM sədrindən imkansız ailələrin tələbə olan övladları ilə bağlı açıqlama
Tarix: 24-09-2020 | Saat: 17:39
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

DİM sədrindən imkansız ailələrin tələbə olan övladları ilə bağlı açıqlama
Məleykə Abbaszadə

"Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilə bilər".

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələlik DIM-də həmin şəxslərin sayı barədə məlumat yoxdur: "Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq". 

M.Abbaszadə deyib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək: "Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilənlərə də şamil olacaq. Həmin ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək". "Report"



Xəbəri paylaş

346 dəfə oxunub.

Digər xəbərlər
5-06-2022, 12:01 Mayami su altında qaldı