Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Tarix: 11-09-2020 | Saat: 16:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub, Ümummilli Liderin burada ucaldılan heykəli önünə əklil qoyulub.

Nümayəndə heyəti daha sonra Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbri” ziyarət edib.

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın adından “Anıtqəbri” önünə əklil qoyulub. Milli Məclisin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.



Xəbəri paylaş

337 dəfə oxunub.

Digər xəbərlər